Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:52

Rusiyada Konfederasiya Kuboku başlanır


Rusiyada Konfederasiya Kuboku başlanır

İyunun 17-də Rusiyanın Sankt Peterburq şəhərində Konfederasiya Kuboku başlanır. Bu, ölkənin gələn ilki futbol üzrə Dünya Çempionatına ev sahibliyinə hazırlığının sınağı hesab olunur.

Səkkiz komandanın qatıldığı Konfederasiya Kuboku Rusiyanın minlərlə turisti və ölkə azarkeşlərinin necə yola verəcəyini göstərəcək.

Buna da bax:​ Rusiyada stadion tikənlər istismar olunub

İki həftə ərzində stadionlardakı təhlükəsizlik məsələsi də diqqət mərkəzində olacaq. Belə ki oyun meydançalarının tikintisi zamanı yubanmalar və digər struktur problemlər ortaya çıxıb.

Gələn il Dünya Çempionatı 11 şəhərdə 12 stadionda keçiriləcək.

Prezident Vladimir Putin iyunun 17-də A qrupu çərçivəsində oyunun açılış mərasiminə qatılacaq. Oyun Sankt Peterburqun Krestovsky stadionunda RusiyaYeni Zelandiya yığmaları arasında olacaq.

Buna da bax: Bir düzəlişlə antikorrupsiya araşdırmalarına necə son qoymalı

Krestovsky stadionu on ildən çox bir müddətə, 800 milyon dollar başa gəlib, adı korrupsiya iddialarında çəkilib. Təşkilatçılar 68 minlik arenanın tam formada olduğunu deyirlər.

Putin-in sözçüsü Dmitry Peskov Rusiyanın Dünya Kubokuna hazırlığının “yaxşı səviyyədə getdiyini” bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG