Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 22:52

ABŞ Konqresindəki aparıcı demokratlar iyunun 16-da prezident Donald Trump-a xüsusi müşavirini işdən çıxarmaq niyyətində olmasıyla bağlı yayılan xəbərlərə görə xəbərdarlıq edib.

Ədliyyə Departamentinin xüsusi müşaviri Robert Mueller Rusiyanın ötən ilki prezident seçkisinə mümkün müdaxiləsini araşdırır və bu həftənin əvvəlində yayılmış xəbərlərə görə, Trump onu işdən çıxarmağı nəzərdən keçirir. Ancaq Ağ ev sonradan Trump-ın belə bir niyyəti olmadığını açıqlamışdı.

Buna da bax:​ ABŞ-ın baş prokuroru Rusiya rəsmiləri ilə 'sövdələşdiyini' təkzib edir

Trump bir müddət öncə Federal Təhqiqat Bürosunun rəhbəri James Comey-ni işdən çıxardığından, yayılan xəbərlər Konqres üzvləri arasında narahatlıq yaradıb. Comey məhz Rusiya təhqiqatına nəzarət edirdi.

Senatın Ədliyyə Komitəsinin aparıcı demokrat üzvü Dianne Feinstein Trump-ın Mueller-i işdən çıxara biləcəyindən “getdikcə çox narahat olduğunu” bildirib.

“Prezidentin tvitləri vasitəsiylə göndərdiyi mesaj odur ki, hüququn aliliyinin ona aid olmadığına inanır və fərqli düşünən hər bir kəs işdən çıxarılacaq”, – Feinstein deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG