Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:07

ABŞ-ın baş prokuroru Rusiya rəsmiləri ilə 'sövdələşdiyini' təkzib edir


Jeff Sessions iyunun 13-də Senat qarşısında ifadə verib

ABŞ-ın baş prokuroru Jeff Sessions iyunun 13-də Senatın Kəşfiyyat Komitəsi qarşısında verdiyi ifadədə ötən ilin seçkisi zamanı Rusiya rəsmiləri ilə əlaqələrinə dair iddiaları rədd edib.

ABŞ-ın ədliyyə naziri olan Sessions hazırda Donald Trump-ın yaxın çevrəsinin Rusiya ilə təmaslarına dair aparılan təhqiqatın subyektlərindəndir.

Sessions Rusiyanın ABŞ-dakı səfiri ilə azı iki dəfə görüşdüyünü etiraf edib, lakin üçüncü görüşün olduğu barədə iddiaları rədd edir.

O həmçinin senatorlara deyib ki, Konqresin bəzi üzvlərinin onu Rusiya ilə sövdələşmədə ittiham etməsi “hiddət doğurur və iyrənc yalandır”.

Sessions-dan əvvəl Senatın Kəşfiyyat Komitəsi qarşısında FTB-nin keçmiş başçısı James Comey ifadə vermişdi.

O vəzifəsindən Trump tərəfindən qanunsuz olaraq çıxarıldığını bildirmişdi.

Sessions Comey barədə danışıb

AzadlıqRadiosu bildirir ki, Sessions-ın Senat qarşısında ifadə verdiyi dinləmə kifayət qədər gərgin keçib.

Sessions bu dinləmə zamanı ondan əvvəl ifadə vermiş keçmiş FTB direktoru Comey-nin dediklərinə aydınlıq gətirmək istədiyini deyib.

Comey öz ifadəsində Trump-la üzbəüz görüşünü xatırlamışdı. O demişdi ki, həmin görüşdə Trump keçmiş müşavir Michael Flynn-ə dair təhqiqata xitam verilməsini təklif edib.

Comey deyib ki, bu hadisədən özünü çox narahat hiss edib və Sessions-a “yalvarıb” ki, onu bir daha Trump-la tək buraxmasın.Comey demişdi ki, bunun cavabında Sessions heç nə deməyib.

Lakin baş prokuror öz ifadəsində bildirib: “Comey bunu xatırlamır, amma mən onun sözləri ilə razılaşdım və dedim ki, FTB və Ədliyyə Nazirliyi Ağ Evlə müvafiq kontaktlar zamanı nazirliyin siaysətinə diqqətlə əməl etməlidirlər.”

Yeni hay-küy

Trump-ın Comey-ni vəzifəsindən azad etməsindən sonra yaranmış hiddət səbəbilə keçmiş FTB direktoru Robert Mueller Rusiyaya dair təhqiqata nəzarət etmək üçün xüsusi prokuror vəzifəsinə təyin edilib.

Mueller bir daha iyunun 12-də diqqət mərkəzinə gəlib, çünki Trump-ın inanılmış yaxınlarından biri prezidentin Mueller-i vəzifəsindən çıxarmaq məsələsini nəzərdən keçirdiyini deyib.

Əgər Trump Mueller-i vəzifəsindən çıxarsa, onda bu, Konqresdə nəhəng hay-küyə səbəb olacaq. Belə bir addım demokratları hiddətləndirər, respublikaçıları isə dərindən narahat edərdi.

Sessions Senat komitəsinə deyib ki, o Mueller-ə etibar edir.

Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

Mueller-i xüsusi prokuror vəzifəsinə təyin etmiş şəxs – baş prokurorun müavini Rod Rosenstein iyunun 13-də Senatda daha əvvəl keçirilmiş dinləmə zamanı deyib ki, o Mueller-in vəzifəsindən uzqlaşdırlmasına heç bir əsas görmür.

Rosenstein bildirib ki, o, Mueller-i vəzifəsindən uzaqlaşdırmaq səlahiyyətində olan yeganə şəxsdir, lakin bunun üçün legitim əsas olmalıdır.

ABŞ kəşfiyyat xidmətlərinin gəldiyi nəticəyə görə, Rusiya 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə məqsədilə geniş haker və təbliğat hücumu həyata keçirib. Bununla əlaqədar keçmiş prezident Obama Rusiya rəsmilərinə sanksiyalar qoyub, onlarca Rusiya diplomatını ölkədən qovub və Rusiyanın Merlilend və Nyu Yorkdakı şəhərciklərini müsadirə edib.

Bütün bunlar Trump-ın Rusiya ilə daha yaxşı münasibətlər yaratmaq niyyətini heçə endirib.

Bu arada Konqres də Rusiya üzərinə qoyulmuş sanksiyaları sərtləşdirib və yeni embarqolar qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG