Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:27

Deputat Elman Nəsirovun dindirilməsi istənilir


jurnalist Əfqan Muxtarlı. 09iyun2017

Bu gün, iyunun 14-də həbsdəki jurnalist Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs qismində yenidən dindirilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, jurnalistə açılmış cinayət işi üzrə suallar verilib.

Dindirmə zamanı həmçinin, Əfqan Muxtarlı bəzi vəsatətlər qaldırıb.

“İctimai Televiziyada yayımlanan “Carçı” verilişində Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana gətirilməsinin iki ölkənin xüsusi xidmət orqanlarının birgə əməliyyat olması barədə xəbər verilib. Həmin xəbərdə ekspertlər bu barədə danışıblar. Bundan başqa deputat Elman Nəsirov da Əfqan Muxtarlının gətirilməsinin iki ölkənin xüsusi xidmət orqanlarının işi olması barədə açıqlama verib. Ə. Muxtarlı bu açıqlamanı verənlərin istintaqa cəlb olunması, dindirilməsi barədə vəsatət verdi”, – vəkil bildirib.

Buna da bax:​ Avropa Parlamenti Azərbaycana qarşı qətnamə müzakirə edir

Ə.Muxtarlının digər vəsatətləri də olub. Jurnalist deyib ki, Tbilisidə saxlanarkən və Gürcüstandan gətirilərkən onunla müxtəlif insanlar təmasda olub. Onların da istintaqa cəlb edilməsini istəyib.

Elman Nasirov
Elman Nasirov

İstintaqa cəlb edilməsi istənilən deputat Elman Nəsirov ötən həftə Azadlıq Radiosuna müsahibəsində jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı bunları demişdi.

“Hadisələrin təhlili onu göstərir ki, Əfqan Muxtarlı bir fiqurdur, böyük bir şəbəkənin tərkib hissəsidir. Daha böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimiləri toplayıblar, orda böyük maliyyədən, təşkilatlanmadan da söhbət gedir. Söhbət təkcə Əfqan Muxtarlıdan getsəydi, təbii ki, heç onun bu şəkildə həbsinə də ehtiyac qalmazdı. Həmin şəbəkə Azərbaycanda pozuculuq fəaliyyətini həyata keçirən Əfqan Muxtarlını təbii ki, qoruyur və çalışacaqdılar ki, onun Azərbaycana gətirilməsinin qarşısını alsınlar. Bu baxımdan, Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Bunun da özünəməxsus qaydaları, prinsipləri var…”, – deputat bildirmişdi.

Buna da bax:​ Vəkili Tbilisidə Muxtarlının oğurlandığı deyilən küçədə olub

Ancaq onun açıqlamasını Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) dərhal təkzib etmişdi. Sonradan Azərbaycanın Baş Prokurorluğu da deputatı təkzib edən bəyanat yaymışdı. Bundan sonra isə deputat özü də həmin fikirlərindən imtina etmişdi.

“Əfqan Muxtarlının Gürcüstan-Azərbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur" - deyə o APA Agentliyinə bildirmişdi.

Xatırlatma

Jurnalist Ə. Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Buna da bax:​ Baş Prokurorluq da deputatı təkzib etdi

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG