Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 19:34

Şahvələd Çobanoğlu prokurorluqda dindirilib


Şahvələd Çobanoğlu dindirilmədən çıxarkən. 14 iyun 2017

Bu gün, iyunun 14-ü jurnalist Şahvələd Çobanoğlunun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadəsi alınıb.

Bu haqda onun özü AzadlıqRadiosu-na bildirib.

Jurnalistin bildirdiyinə görə, onu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlının işi üzrə dindiriblər.

“Gözəl Bayramlının cinayət işi üzrə ifadəmi aldılar. Doğrudur, iltizam aldılar ki, ifadəmlə bağlı heç bir bilgi verməyim. Ancaq ifadəmdə, ümumiyyətlə sözügedən cinayət işində istintaq sirri sayıla biləcək bir şey olduğunu düşünmürəm. İnanıram ki, Gözəl Bayramlı heç bir qanunsuz addım atmayıb”, – jurnalist bildirib.

Buna da bax:​ ‘Gözəl Bayramlının həbsi qurulmuş tamaşadır’ [şərhlər]

Jurnalistin deməsinə görə, ona öz fəaliyyəti ilə bağlı çoxsaylı suallar olub. Suallar xarici səfərləri, yerli, xarici təşkilatlarla əlaqələri və Milli Şuradakı fəaliyyətini əhatə edib.

“Adi suallar idi, heç bir gizli fəaliyyətim olmadığına görə də sadə cavablar da verdim”.

Ş.Çobanoğlu dindirməyə çağırılmasının ictimai və peşə fəaliyyəti ilə bağlı ola biləcəyini qeyd edib.

AXCP Ali Məclisinin sədri, 2015-ci ilin noyabrında vəfat etmiş Həsən Kərimovun həyat yoldaşı Almaz Rəhimova da iyunun 13-də Gözəl Bayramlının işi üzrə dindirilmişdi. Onlar ikisi Gürcüstandan gələrkən Gözəl Bayramlı saxlanmışdı. Hazırda isə jurnalist Sevinc Vaqifqızı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

Buna da bax: 'Türkiyə böyük bir fəlakətin bir addımlığından döndü'

XATIRLATMA

Gözəl Bayramlı mayın 25-də saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində onun barəsində CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövründə onun haqqında üç aylıq həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

Buna da bax:​ Şahvələd Çobanoğlu: «Rəsul Cəfərov yeyintiyə yol verən olsaydı...»

AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir. İstintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG