Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:20

Azərbaycan-Türkiyə hərbi təlimləri davam edir


Arxiv fotosu

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Nazirlik bildirir ki, Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Silahlı Qüvvələrinin bölmələri ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Buna da bax:​ Azərbaycanla Türkiyə hərbi təlimlərə başlayıb- VİDEO

Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib.

Bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsindən ötrü müvafiq tədbirlər görülüb.

5000 nəfər şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyunun 16-na kimi davam edəcək.

Buna da bax:​ 'Qafqaz qartalı' birgə təlimi keçirilir

Təlimlər iyunun 12-də başlayıb. Bunda məqsədin iki ölkə silahlı qüvvələri arasında koordinasiya işini gücləndirmək və onların qabiliyyətini artırmaq olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG