Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:30

Həbsdə olan jurnalist evindəki axtarışa etiraz edir


Əziz Orucov (Qaraşoğlu)

"Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılması haqda Nəsimi Rayon Məhkəməsinin iyunun 2-də çıxardığı qərardan apellyasiya şikayəti verilmişdi. İyunun 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə həmin şikayətə baxılıb.

Qapalı keçirilən məhkəmə haqda AzadlıqRadiosu-na məlumat verən vəkil Cavad Cavadov bildirib ki, şikayət təmin olunmayıb, qərar qüvvəsində saxlanıb.

Buna da bax:​ Kanal-13: Bunu azad mediaya qarşı ciddi basqı sayırıq

Bununla belə, Cavad Cavadov jurnalistin evində axtarış aparılması haqda qərarı qanunsuz və əsassız hesab edir.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Buna da bax: Jurnalistə nə ailəsi ilə görüşə, nə də zəngə icazə verilir

Vəkili Ə. Orucova qarşı ittihamların əsassız olduğunu bildirir. Deyir ki, onun həbsi "Kanal-13" internet televiziyasının fəaliyyəti, başqa telekanallarda çıxışına imkan verilməyən adamlara burada efir imkanı yaradılması, hökuməti tənqid edən fikirlərin səslənməsi ilə bağlıdır.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG