Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:00

Azərbaycan millisi məğlub oldu...


Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Şimali İrlandiya yığmasını qəbul edib. 10iyun2017

Dünən, iyunun 10-u DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edib.

Doğma divarlar arasında Azərbaycan millisi üzərində böyük hesablı qələbə qazanaraq, qrup ikinciliyini ələ keçirən britaniyalılar bu dəfə də yaşıl meydandan “başları dik” ayrılaraq mövqelərini möhkəmləndiriblər.

Buna da bax:​ ‘Yığmanın darmadağın olacağını gözləmirdim...’

Oyuna yaxşı başlayan və hücumlar edən Azərbaycan yığması bütün cəhdlərə rəğmən hesabı aça bilməyib. 3-4 dəfə real qol vəziyyətindən istifadə edə bilməyiblər. Xüsusilə Əfran İsmayılov düz 2 dəfə əlverişli vəziyyətdən yararlana bilməyib. Əvəzində isə oyuna əlavə olunmuş dəqiqələrdə rəqib fərqlənərək qələbəni rəsmiləşdirib. Şimali İrlandiya 1:0 hesabı ilə qalib gəlib.

Hazırda 6 oyundan 7 xal toplayan Azərbaycan millisi qrupda 4-cü yeri tutur. Qrupa 5 oyundan maksimum xal toplayan Almaniya yığması başçılıq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG