Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:18

'Azərsu' kütləvi zəhərlənmə ilə bağlı suyu müayinə edir


"Azərsu" (arxiv fotosu)

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti iyunun 9-u və 10-da Sumqayıtda 120-yə yaxın uşağın zəhərlənməsi ilə əlaqədar araşdırma aparır.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı olayla bağlı məlumat daxil olduqdan sonra dövlət müəssisəsinin ekspertlərinin araşdırmalara başladığını deyib.

O, APA-ya bildirib ki, hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb.

Buna da bax:​ Son 3 gündə Sumqayitda 119 uşağa infeksiya düşüb

“İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. Buna baxmayaraq, araşdırma və təhlillərimiz davam edir", - Cəbrayıllı belə deyib.

Şöbə rəhbəri Z.Tağıyev qəsəbəsinin su təchizatının Xaçmazdan çəkilən boru ilə təmin olunduğunu söyləyib:

"Əhali arasında belə bir fikir var ki, həmin əraziyə su Ceyranbatan anbarından verilir. Lakin bu belə deyil. Adıçəkilən qəsəbəyə su Xaçmazdan çəkilən boru vasitəsilə verilir. Bununla yanaşı, Sumqayıt şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin su təchizatı məhz da bu boru vasitəsilə həyata keçirilir. Buna görə, hadisənin məhz bir ərazidə baş verməsi maraqlıdır".

Buna da bax:​ Azərbaycanda hansı qidalardan zəhərlənmək olar

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə, Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib.

Ekspertlər infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Güman edilir ki, içməli suya “nəsə” qarışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG