Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:51

Son 3 gündə Sumqayitda 119 uşağa infeksiya düşüb


tecili yardım maşını
tecili yardım maşını

Son üç gündə Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edilib.

Bunu APA-ya Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır: “Ayın 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya müraciət olunub. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq. Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur”.

İ. Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb: “Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”.

Buna da bax: " Zəhərlənən uşaqların valideynləri məhkəməyə müraciət edəcək"

60-dan çox uşaq zəhərlənib?

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 60-dan artıq uşağın zəhərlənmə əlaməti ilə, Sumqayıtdakı 1 saylı Uşaq Xəstəxanasına yerləşdirildiyi bildirilir

Bu barədə “Turan” Agentliyinə xəstəxanadan bildiriblər.

Növbətçi həkimin bildirdiyinə görə, qusma xəstəxanaya müraciət edən uşaqların əksəriyyətindən ötrü xarakterik haldır. Onlar halsızlıqdan və güclü baş ağrılarından əziyyət çəkir. Uşqalarınzəhərləndiyi hesab edilir və bunun səbəbini, hələlik müəyyən etmək mümkün olmayıb.

Müraciət edənlərin 30-dan çoxu durumları pis olduğundan xəstəxanada müalicəyə qəbul edilib. Onların durumu kəskin deyil.

40-a qədər uşaq isə tibbi yardım göstərilərək evə buraxılıb.

Hələlik,Səhiyyə Nazirliyi uşaqların kütləvi zəhərlənməsi ilə bağlı hər hansı açıqlama yaymayıb.

Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev isə APA-ya bildirib ki, hazırda Sumqayıtdakı xəstəxanada araşdırma aparılmaqdadır.

"Uşaqların hər birindən laborator nümunələr götürüləcək və yaxın zamanlarda ilkin məlumatlar açıqlanacaq", o, deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG