Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

İyunun 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı bildirilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata görə, yarımadada gecə 18-21, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağışın leysana çevriləcəyi ehtimal edilir. Gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, iyunun 10-u və 11-də bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG