Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:30

Ukryana parlamenti NATO üzvlüyünə yol açan sənəd qəbul etdi


Ali Rada

Ukraynanın Ali Radası ölkənin xarici kursu ilə bağlı qanunvericilik aktına dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi qəbul edib.

“Ukraina 112” kanalının məlumatına görə, bura prioritet milli maraqlar da daxildir.

Qanun layihəsində, Ukraynanın Avropaya siyasi, iqtisadi, habelə Avropa Birliyinə üzv olmaq üçün hüquqi sahələrə inteqrasiyasınn ölkənin milli prioritetləri olduğu bildirilir.

Bura həmçinin NATO-ya üzv olmaq üçün avroatlantik təhlükəsizlik məkanına daxil olmaq, həmçinin Ukraynanın maraqları çərçivəsində digər dünya ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər daxildir.

Əvvəlki qanunda yalnız Ukraynanın Avropaya siyasi, iqtisadi və hüquqi inteqrasiyası nəzərdə tutulurdu.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG