Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 09:25

Gürcüstanda müəllimin ekstradisiyasına etiraz aksiyası


Tbilisidə aksiya

İyunun 7-də onlarla etirazçı Tbilisidə hökumət binasının qarşısında aksiya keçirib. Onlar Türkiyəyə ekstradisiya olunmaq təhlükəsiylə üzləşən türk professora dəstək bildiriblər.

Aksiyaya fəalları, QHT rəsmiləri, Qara Dəniz Universitetinin tələbələri və müəllimləri qatılıblar. Demirel Kollecinin müəllimi və meneceri Mustafa Emre Çabuk-a dəstək olaraq əllərini qandallayıblar.

Ankara Çabuk-un ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-lə bağlı olduğunu deyir və ekstradisiyasını istəyir. Türkiyə Gülen-i ötənilki çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen bunu təkzib edir.

Mayın 25-də Tbilisi şəhər Məhkəməsi Çabuk barəsində 3 aylıq həbs-qətimkan tədbiri çıxarıb.

Etirazçılar Avropa Birliyinin və Gürcüstanın bayraqlarını qaldırıblar, «Müəllim günahsızdır», «Ekstradisiya etmə», «Mustafa Çabuk-a azadlıq» şüarları səsləndiriblər.

Çabuk 15 ildir Gürcüstanda yaşayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG