Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:11

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bir qrup bank və audit şirkəti rəhbərləri ilə görüş keçirdiyi bildirilir.

Palatadan verilən xəbərə görə, görüşün keçirilməsindən məqsəd bəzi bankların qanunvericiliyə uyğun maliyyə hesabatlarını açıqlamamalarının səbəblərini öyrənmək və bunun aradan qaldırılmasını müzakirə etməkdir.

«Banklar haqqında» Qanunun tələblərinə uyğun, banklar maliyyə ilinin başa çatmasından ən geci 5 ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və KİV-lərdə dərc etməlidirlər. Ancaq bəzi banklar hesabatlarını açıqlamayıblar.

Verilən xəbərlərə görə, banklar hesabatların açıqlanmasında gecikmələrin auditorlarla fikir ayrılığı və onların auditinə dair tələblərin ciddiləşdməsi ilə izah ediblər.

Müzakirələrdə bank hesabatlarının bu il iyunun 17-nə, audit hesabatlarının isə iyunun 15-nə kimi dərc olunmasına dair öhdəlik müəyyən olunub.

Hazırda Azərbaycanda 32 bank var. Onlardan biri - Azərbaycan Beynəlxalq Bank xarici öhdəliklərini yerinə yetirə bilmədiyini bəyan edib. Daha 5 bank problemlər üzündən nəzarətə götürülüb.

Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG