Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:03

“Mən 2017-ci ildə istər sənaye, istər kənd təsərrüfatı və istərsə də digər sahədə ciddi inkişaf gözləmirəm. İnkişaf olar ən yaxşı halda 1 faiz”.

Deputat Vahid Əhmədov bunu ölkədə iqtisadi durumu dəyərləndirərkən bildirib.

V. Əhmədov deyir ki, ötən il Azərbaycan iqtisadiyyatında kiçilmə başa vurub.

Deputat hesab edir ki, inkişaf investisiya yatırımından keçir. Amma bu sahədə də azalma var. Onun fikrincə, real sektora yatırım olmalıdır. Əks halda real sektor inkişaf edə bilmir:

Buna da bax:​ Ekspert: 'Bank sahibləri özləri bankların vəsaitini talayıblar' [video]

"Böyük inkişafın yolu məhz investisiyalardan keçir. İnvestisiyalar olmadan böyük inkişaf olmur".

V. Əhmədov hesab edir ki, ciddi inkişaf bir sıra sahələrdə irəliləyişlərdən asılıdır:

“Böyük inkişaf üçün ağır sənaye, aqrar sahə, tikinti inkişaf etməlidir. Bunlarsız ciddi inkişaf olmur. Gələn il Sumqayıtda , Mingəçevirdə, Neftçalada bəzi müəssisələr işə düşəcək, bu iş yeri deməkdir. Amma bu böyük inkişaf üçün hələ yetərli deyil”.

V. Əhmədov hesab edir ki, ölkəyə böyük neft gəlirləri gələn zaman avtomobil zavodu və ya neft avadanlıqları zavodu tikmək olardı. Amma artıq, bu haqda danışmaq özü belə gecdir.

Buna da bax: V.Əhmədov: 'Bir az gecikdik'

Xatırlatma

Ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,8 faiz azalıb. Bu ilin əvvəlində də azalma davam edir.

Dünya Bankının proqnozlarına görə, 2017-ci ildə Azərbaycanda ÜDM 1.4 faiz azalacaq, 2018-ci ildə isə 0.6 faiz artacaq. Gürcüstan və Ermənistanla bağlı proqnozlar isə bir xeyli müsbətdir.

Bank 2017-ci ildə Gürcüstanda ÜDM-nin 3,5, 2018-ci ildə də 4 faiz artım gözləyir. Ermənistanda isə ÜDM-in bu il 2,7, 2018-ci ildə də 3,1 faiz artımı proqnozlaşdırılır.

Buna da bax:​ Deputat: 'Beynəlxalq Bank ilə bağlı qarşıda iki məsələ var'

Azərbaycan rəsmiləri isə, əksini bəyan edirlər. Onlar deyirlər ki, neftdən asılılıq tədricən azalır, ölkə iqtisadiyyatında qeyri neft sektorunun çəkisi artır.

Hərçənd ekspertlər bu deyilənlərə belə inamsız yanaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG