İyunun 6-sı Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti hərrac keçirilib.
Xəbəri Mərkəzi Bank yayıb.
Xəbərə görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7022 səviyyəsində formalaşıb.
Bu gün, iyunun 6-sı rəsmi məzənnəyə görə bir dollar 1.7021 manata bərabər olmuşdu.
Son 3 ayda bəzi istisnalarla bunun əksinə olaraq, manat dollara nisbətən möhkəmlənirdi.