Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:19

Təyyarələrdə laptop qadağası müzakirə olunacaq


Təyyarə

Səyahət sənayesi liderləri iyunun 5-6-da Meksikada toplaşır. Onlar Birləşmiş Ştatlar və Britaniyanın təyyarələrdə laptoplara və digər elektron qurğulara qoyduqları qadağaya alternativ tapacaqlarına ümid edirlər.

275 üzvü olan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Kankun kurort şəhərində toplaşır.

Qurumun baş direktoru Alexandre de Juniac jurnalistlərə deyib ki, sənaye liderləri elektron qurğuların aviasiyaya yaratdığı təhlükəni anlayır, ancaq bu qadağanın bir neçə illik çətin dönəmdən sonra çiçəklənməyə başlayan sənayeyə ziyan vurduğunu hiss edir.

Hazırda qadağa daha çox Yaxın Şərq aviaşirkətlərinə tətbiq olunur. Onlar da ədalətsizcəsinə hədəfə alındıqlarını bildirirlər.

«Emirates», «Qatar Airways» və «Turkish Airlines»ın Yaxın Şərq və Şimali Afrika aeroportlarından Birləşmiş Ştatlara gerçəkləşdirdiyi uçuşlarda elektron qurğulara məhdudiyyətlər qoyulub.

ABŞ rəsmiləri yasağı Avropaya da aid etməyi gözdən keçirdiklərini deyirlər. Səyahət sənayesinin bundan 1.4 milyard dollar itirəcəyi gözlənir.

IATA üzvləri xüsusi itlərdən, bomba aşkarlayan texnologiyadan istifadə kimi alternativ təkliflər irəli sürürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG