Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 07:24

Mançesterdəki konsertdən 13 milyon dollar toplanıb


Mançesterdə güclü partlayış - azı 22 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Mançesterdə güclü partlayış - azı 22 nəfər ölüb

Britaniyanın Qırmızı Xaç Komitəsi deyir ki, Mançesterdəki xeyriyyə konsertindən 10 milyon funt-sterlinq (13 milyon dollar) toplayıb. İki həftə öncə İngiltərənin bu şəhərində törədilmiş intiharçı hücumunda 22 nəfər ölüb, onlarla adam yaralanıb.

Konsert iyunun 4-də sərt təhlükəsizlik tədbirlərinin müşayiətiylə keçirilib. Təşkilatçılar 50 mindən çox insanın konsertə getdiyini açıqlayıblar. Tədbir bütün dünyaya yayımlanıb.

ABŞ-dan pop-müğənni Ariana Grande da konsertə qatılıb. Partlayış məhz onun mayın 22-də keçirilən konserti zamanı baş vermişdi.

Həmin hücuma görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Bazar günü Mançesterdə 3 saatlıq konsertə Justin Bieber, Katy Perry, Coldplay, Take That, Liam Gallagher, Pharrell Williams və Robbie Williams da qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG