Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:09

Bu ilin aprelində ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

APA-nın xəbərinə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bildirib.

Mayın 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 15 mlrd. 34 mln. manat təşkil edib. Bu da mart ayı ilə müqayisədə 19.1 mln. manat və ya 0.13 faiz azalma deməkdir.

İlin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 904.3 mln. manat və ya 5.67 faiz azalıb.

ƏHALİ ƏMANƏTLƏRİNİ GERİ ÇƏKİR

Əhalinin əmanətləri də 8 faizə yaxın azalıb.

Bu ilin may ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 783.8 mln. manat təşkil edib

Palata həmçinin, bildirir ki, bu ilin əvvəlindən 733 nəfər bank sektorunu tərk edib. Son məlumatlarda bu sektorda 16 min 312 nəfərin çalışdığı bildirilir.

9 BANK FİLİALI QAPADILIB

Ümumilikdə, bu il 9 bank filialının fəaliyyətini dayandırdığı bildirilir.

Ötən il isə Azərbaycanda 11 bank işini dayandırıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməməsi ilə izah edilib. Ekspertlər bu il daha bir neçə bankın bağlanacağını istisna etmirlər.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir. Onlardan biri- Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirməyi dayandırıb. Daha 5 bankın isə problemlərlə bağlı nəzarətə götürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG