Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:27

Putin həyatına sui-qəsd cəhdlərindən danışır


V.Putin
V.Putin

Rusiya prezidenti Vladimir Putin həyatına çoxsaylı sui-qəsd cəhdlərindən necə yayınmasından danışır. Prezident bunları amerikalı prodüser Oliver Stone-nun çəkdiyi sənədli filmdə dilə gətirir. Film bu ay ABŞ kabel televiziyasında yayımlanmalıdır.

Dördhissəli film «Putin-in müsahibələri» (The Putin Interviews) adlanır. Filmin bəzi hissələri iyunun 1-də yayılıb.

Filmdə Stone deyir ki, Putin-in həyatına təxminən beş uğursuz sui-qəsd cəhdi barədə eşidib. Onun sözlərinə görə, sui-qəsdin birinci üsulu prezidentin təhlükəsizliyi sisteminin içinə girməkdir. Putin bu fikirlə razılaşıb. O, özünün təhlükəsizlik komandasına inanmasının vacibliyini vurğulayıb.

«Bir dəfə Fidel Castro-yla bu haqda danışırdım. Mənə dedi ki, «bilirsən niyə hələ də sağam?». Dedim, «niyə?». «Çünki təhlükəsizliyimlə həmişə şəxsən məşğul olmuşam». Mən öz işimi görürəm, təhlükəsizlik işçiləri də öz işlərini, həm də çox uğurlu şəkildə görürlər», – Putin deyib.

Stone Putin-dən soruşub ki, gələcək taleyini necə görür?

«Taleyimizin necə olacağını ancaq Allah bilir – səninkini də, mənimkini də», – Putin cavab verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG