Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 05:11

Prezident: 'Azərbaycan etibarlı tərəfdaş kimi tanınır'


İ.Əliyev

«Bu sərginin Bakıda keçirilməsi əlamətdar hadisədir və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir».

APA-nın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev bu gün, mayın 31-də XXIV Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində söyləyib.

Prezident bu sərgiyə 300 şirkətin qatıldığını bildirib:

«Birinci sərgilər ölkəmizi dünyada tanıtdırmaq üçün mühüm rol oynamışdı. O zaman Azərbaycanı tanımırdılar, sərgi ölkəmizin neft-qaz potensialını təqdim etmək üçün əvəzsiz rol oynayıb. Azərbaycan investorlarla qarşılıqlı fayda əsasında etibarlı tərəfdaşlıq qurub».

İ.Əliyev deyib ki, sənaye üsulu ilə ilk neft quyusu məhz Azərbaycanda qazılıb. Bu tarixi hadisə 1846-cı ildə qeydə alınıb.

Azərbaycanda ilk Xəzər Neft-Qaz Sərgisi 1994-c ilin mayından keçirilib.

XXIV Beynəlxalq Neft və Qaz Sərgisinin 4 gün davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG