Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Rusiyanın NATO-dakı səfiri alyansın hərbi xərcləri artırması planlarını pisləyib, Avropa ölkələri daha çox silah aldıqca, bundan ABŞ müdafiə sənayesinin faydalanacağını bildirib.

“Avropalılar ABŞ-ın tələbini qəbul edərək ÜDM-lərinin 2 faizini müdafiəyə xərcləməyə razılaşsalar, ümumi xərcləmə 370 milyard avroya çatacaq. Bu, nəhəng məbləğdir”, – Rusiyanın səfiri Alexander Grushko mayın 26-da Rossiya-1 televiziyasına bildirib.

Buna da bax:​ ABŞ qoşunları Rusiya sərhədinə yaxınlaşır

“Onlar bu məbləğin 20 faizini silah alışına xərcləyəcəklər ki, bu da ilə 70 milyard avro edir. Aydındır ki, bu pulun böyük hissəsi Amerika silahlarının alınmasına gedəcək. ABŞ müdafiə sektoru qazanacaq”, – o söyləyib.

Rusiyanın Xarici İşlər Nazirliyi isə “Rusiya-NATO münasibətlərinin Soyuq Müharibə bitəndən bəri ən böhranlı dövrünü yaşadığını” bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG