Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:08

ABŞ qoşunları Rusiya sərhədinə yaxınlaşır


Ukrayna, Amerika və Ukrayna əsgərləri, Livov, 20 aprel 2015
Ukrayna, Amerika və Ukrayna əsgərləri, Livov, 20 aprel 2015

NATO ölkələrinin rəsmiləri bu təlimləri və Şərqi Avropaya dörd batalyon göndərilməsini Moskvanın Krımı anneksiyasına və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə bağlayırlar

Yanvarın 6-da gəmidə Almaniyaya çatdırılan yüzlərlə ABŞ tankı, yük maşını və s. hərbi gərəklər, daha sonra dəmir və avtomobil yolları ilə Şərqi Avropaya göndəriləcək. Beləcə, Rusiyanın qəzəbi alovlanacaq.

Yük dolu iki gəmi artıq Bremerhavenin şimal limanına çatıb və üçüncü gəmi də yaxın günlərdə limana yan alacaq. Bu gəmidə NATO tərkibində Rusiyanın sərhədləri yaxınlığında təlim keçəcək təxminən 4 min ABŞ əsgərinin istifadəsi üçün tank və yük maşınları var.

ABŞ və Polşa hərbi qüvvələri yanvarln sonlarında Polşada kütləvi hərbi təlimlərə başlayacaqlar. Rusiyanın 2014-cü ildə Ukrayna regionu olan Krımı anneksiyasından sonra ABŞ Avropadakı müttəfiqləri ilə silsilə hərbi təlimlərə başlayıb.

Polşa, müharibəyə yox, 9 iyul 2016
Polşa, müharibəyə yox, 9 iyul 2016

“Sülhü qorumağın ən yaxşı yolu...”

“Sülhü qorumağın ən yaxşı yolu savaşa hazırlıqdan keçir”, - jurnalistlərin “Bunlar Rusiyaya mesajdır” sualını cavablandırarkən, general-mayor Timothy McGuire belə deyib. O bildirib ki, bu, ABŞ və onun müttəfiqlərinin qitədə sülhü qoruyub saxlamaq əzmini və birliyini nümayiş etdirir.

NATO ölkələri deyirlər ki, onların yerləşdirmə planı hərbi quruma üzv olan Şərqi Avropa dövlətlərinin tam müdafiə mövqeyində olmasını nəzərdə tutur. Di gəl, Rusiya bundan çox narazıdır və Qərbin Şərqi Avropadakı hərbi fəaliyyətlərinə aqressiv münasibət göstərir.

Polşada mövqelənəcək ABŞ hərbçiləriylə yanaşı, Almaniya, Kanada və Britaniya da keçmiş sovet respublikalarına - Estoniya, Latviya və Litvanın hər birinə min nəfərdən ibarət qoşun göndərir.

Onlar Rusiyadan qorxurlar

NATO ölkələrinin rəsmiləri bu təlimləri və Şərqi Avropaya dörd batalyon göndərilməsini Moskvanın Krımı anneksiyasına və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə bağlayırlar. Özəlliklə Baltikboyu ölkələr Rusiyanın növbəti hədəfi olmaqdan çox təlaşlanırlar.

Bu ölkələrə göndərilən hərbi təchizatda 87 M1A1 “Abrams” tankları, 20 “Paladin” artilleriya topları və 136 “Bradley” döyüş tankları var.

Hərbi silah-sursat və texnikanı ABŞ ordusunun 3-cü briqadası yönəldəcək.

ABŞ hərbi birliyi fevraldan başlayaraq, hərbi təlimləri Polşa, Baltikboyu dövlətlər, Bolqarıstan, Rumıniya və Almaniyada genişləndirəcək.

ABŞ 10-cu Aviasiya Döyüş Briqadasını da göndərir. Buraya 50 “Black Hawk” və 10 “CH-47 Chinook” helikopterləri və 1800 nəfərdən ibarət şəxsi heyət, üstəlik, ayrıca 400 hərbçi və 24 “Apache” helikopteri daxildir.

ABŞ tankları, Latviya, 21 noyabr 2014
ABŞ tankları, Latviya, 21 noyabr 2014

“Tanklar barış gətirməz”

Rusiya ilə münasibətləri yaxşılaşdırmağa və yaxınlaşdırmağa çağıran Almaniyanın Solçu Partiyasının fikrincə, Berlinin sülh və tərksilah üçün tarixi borcu vardı və bu yerləşmə əleyhinə etiraz səsini ucaltmalı idi.

“Tanklar heç bir yerə barış gətirməz”, - partiyanın Brandenburq bölümünün rəhbəri Christian Goerke belə deyib. Onun sözlərinə görə, əksinə, “belə hərbi yerləşdirmə həmişə təxribatın bir hissəsi” ola bilər.

Bu yaxınlarda ABŞ Konqresi Pentaqona Krımım anneksiyasına görə Rusiya ilə hərbi əməkdaşlığı qadağan edib. Konqresin qəbul etdiyi sənəddə göstərilir ki, Krım Ukraynaya qaytarılmayana və Donbasda separatçılara verilən dəstək dayandırılmayanadək, Moskva ilə hərbi əməkdaşlıq məhdudlaşdırılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG