Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 09:08

Jurnalist Elçin İsmayıllının həbs müddəti artırıldı


Elçin İsmayıllı

Bu gün, mayın 26-da Nəsimi Rayon Məhkəməsi jurnalist Elçin İsmayıllının həbs müddətinin artırılması ilə bağlı prokurorluğun vəsatət və təqdimatına baxıb.

Hakim Şəlalə Həsənova jurnalistin həbs müddətini artırıb.

Jurnalistin vəkili Elçin Sadıqov prosesdə E.İsmayıllının məhkəməyə qədər həbsdə tutulmasından ötrü yetərli əsasların olmadığını bildirib. Həmçinin əlavə edib ki, həbsdə olduğu müddətdə E.İsmayıllı ilə bağlı hər hansı istintaq hərəkəti aparılmayıb.

Buna da bax:​ Həbsdəki jurnalistin iki şikayəti rədd edildi

Ancaq məhkəmə vəkilin arqumentlərini diqqətə almayıb.

Hakim jurnalistin həbs müddətini sentyabrın 12-dək uzadıb.

XATIRLATMA

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçmişdi.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Buna da bax:​ Sərhədsiz Reportyorlar: 'Azərbaycanda jurnalistlərin təqibi davam edir'

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər", vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG