Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 21:45

Bakıda Rusiya-Azərbaycan helikopter servizi açılır


AZAL-ın prezidenti Cahangir Əsgərov və “Vertoletı Rossii” holdinqinin baş direktoru Andrey Boqinski

Azərbaycan və Rusiya Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair 2017-cu il üzrə Əsas Tədbirlər Planını imzalayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, Moskvada X “HeliRussia-2017” Beynəlxalq Sərgisi çərçivəsində helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair danışıqların növbəti raundu keçirilib.

Buna da bax:​ Ruslar Bakıda helikopterlərin təmir mərkəzini açır

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, “Vertoletı Rossii” holdinqinin baş direktoru Andrey Boqinski, “Silk Way Holding”in prezidenti Zaur Axundov və “Silk Way Helicopter Services”in baş direktoru Azər Sultanov danışıqlarda iştirak edib.

Tərəflər Azərbaycanda Rusiya və sovet istehsalı mülki, hərbi helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin açılmasına dair layihənin həyata keçirilməsində razılığa gəliblər.

Buna da bax:​ AZAL-ın qiymətlərini 'Silkway' bahalaşdırır [qısa araşdırma]

“Silk Way Helicopter Services” şirkəti Azərbaycanın aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1” helikopterləri və “Cessna 172S” tipli təyyarələr daxildir.

“Vertolyotı Rossii” Rusiyada helikopterlərin yeganə istehsalçısıdır. “Vertolyotı Rossii” holdinqi “Rostex” Dövlət Korporasiyasının strukturuna daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG