Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

CPJ Əmiraslanovun buraxılmasını istəyir


Nicat Əmiraslanov

Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hökumətini jurnalist Nicat Əmiraslanovu dərhal azad etməyə çağırır.

Qazax rayonunda yaşayan jurnalist N.Əmiraslanova mayın 23-də 30 sutka inzibati həbs cəzası verilib. Onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini pozduğu iddiası ilə cəzalandırıldığı deyilir. Həmin maddədə söhbət polisin qanunu əmrinə tabe olmamaqdan gedir.

Mayın 24-də yaydığı bəyanatda CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova hakimiyyəti tənqidçi jurnalistlərin təqibinə və həbsinə son qoymağa çağırıb.

Ognianova hökuməti jurnalistlərin «qondarma, intiqam məqsədi daşıyan» ittihamlarla suçlanmasını dayandırmağa səsləyib.

Əmiraslanovun dostları və həmkarları düşünürlər ki, yerli hakimiyyət ondan internetdə yazdıqlarına, jurnalist fəaliyyətinə görə qisas alır.

Hakimiyyət təmsilçiləri heç bir jurnalistin peşəsinə görə təqib olunmadığını, ölkədə media azadlığının tam təmin olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG