Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 20:17

Vəkili Mövsüm Səmədovun həyatından narahatdır


Mövsüm Səmədov

“2011-ci ildə saxta ittihamlarla tutulub, sonradan məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova münasibətdə sistemli qanunsuzluqlar davam edir”.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun vəkili Yalçın İmanovun mayın 24-də yaydığı açıqlamada belə yazılır.

Vəkil yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını M.Səmədovun işinə həssas yanaşmağa və onun hüquqlarının müdafiəsinə səy göstərməyə səsləyir.

Buna da bax: Mövsüm Səmədov həbsxana rejiminə köçürülə bilər

Vəkil açıqlamada nəql edir ki, 2016-cı ilin noyabrından M.Səmədov 4 dəfə cərimə təcridxanasına salınıb.

Yalçın İmanov
Yalçın İmanov

“Ona 2 dəfə töhmət, 1 dəfə xəbərdarlıq elan edilib, 1 dəfə isə 2 ay müddətinə kamera tipli otağa salınıb. Həmin inzibati tənbeh tədbirlərinin nə qədər absurd və əsassız olduğunu sübut etmək üçün çox da dəlil axtarmağa ehtiyac yoxdur”, yazan vəkil M.Səmədovla bağlı çıxarılmış qərarların əsaslandırma hissələrini açıqlayıb.

Vəkilin təsvir etdiyi həmin qərarlarda bildirilir ki, M.Səmədov baş geyimini çıxarmadığına, özünü məhkum kimi təqdim etməkdən imtina etməsinə və təmizlik işlərində iştirak etməkdən imtina etməsinə görə, dəfələrlə cəzalandırılıb. M.Səmədovun kamera tipli xüsusi otağa yerləşdirilməsi isə onun həyatına təhlükə olması ilə əsaslandırılıb.

Buna da bax:​ Penitensiar Xidmət: 'Mövsüm Səmədov nizam-intizama tabe olmalıdır'

Vəkil bütün əsaslandırmaların qanunsuz olduğunu bildirir.

“O, hazırda da digər məhkumlardan təcrid olunmuş vəziyyətdə saxlanılır. M.Səmədov bir sıra ağrılardan, o cümlədən varikoz (damar xəstəliyi) xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin müalicəsi üçün tövsiyələrdən biri də daima açıq havada gəzinmək, aktiv fəaliyyətdir. Belə görünür ki, ən müxtəlif bəhanələrlə M. Səmədovu cəzaçəkmə müəssisələrinə buraxmamaqla yanaşı, onun səhhətinin mümkün qədər pisləşdirilməsi və qapalı rejimdə saxlanılması niyyəti güdülür”, - vəkil yazır

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ Mövsüm Səmədov namaza görə 'kars'a salınıb

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Buna da bax:​ Mövsüm Səmədovun durumunun kritik olduğu bildirilir

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirmişdi. Məhbus prezidentlik müddətinin, səlahiyyətlərinin artırılması və başqa dəyişikliklərə etiraz edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG