Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:13

Mövsüm Səmədov həbsxana rejiminə köçürülə bilər


Mövsüm Səmədov
Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının sədri, hazırda 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədovun həbsxana rejiminə köçürülməsi üçün məhkəməyə müraciət olunub.

Bu məqsədlə Qaradağ Rayon Məhkəməsinə təqdimatı cəzaçəkmə müəssisəsinin rəhbərliyi verib.

Bu haqda AzadlıqRadiosu-na Mövsüm Səmədovun vəkili Yalçın İmanov məlumat verib.

Buna da bax:​ Mövsüm Səmədovun durumunun kritik olduğu bildirilir

İlahiyyatçının martın 21-dən xüsusi qərarla kamera tipli otaqda saxlandığını və iki aylıq cəza müddətinin mayın 21-də başa çatdığını deyən vəkilin sözlərinə görə, Mövsüm Səmədov bundan sonra da digər məhkumların yanına buraxılmayıb. Ona bildirilib ki, cəzaçəkmə müəssisələrində daxili intizam qaydalarına əsasən, təhlükəsizlik rejiminə keçirilir.

“BUNU AYLAR ÖNCƏ BİLİRDİK”

Yalçın İmanov deyir ki, məhkum yalnız özünün şifahi və ya yazılı müraciəti əsasında təhlükəsizlik rejiminə keçirilə bilər. Mövsüm Səmədovun isə belə bir müraciəti yoxdur.

Buna da bax:​ Penitensiar Xidmət: 'Mövsüm Səmədov nizam-intizama tabe olmalıdır'

Yalçın İmanov
Yalçın İmanov

“Cəzaçəkmə müəssisəsində şəxsin həyatına, sağlamlığına digər məhkumlar tərəfindən təhdid, təhlükə olanda bu tədbir görülür. Bu tədbirin müddəti maksimum 30 gündür. Əgər bu müddətdə təhlükə aradan qalxmasa, o halda, şəxsin başqa müəssisəyə köçürülməsi üçün təqdimat verilə bilər. Amma Mövsüm Səmədovda 30 günü gözləməyiblər. Elə təhlükəsizlik rejiminə keçid qərarı verilən gün onun həbsxana rejiminə köçürülməsindən ötrü məhkəməyə də təqdimat verilib. Biz hələ aylar öncə Mövsüm Səmədov heç bir səbəb olmadan ardıcıl “karsa” salınanda bilirdik ki, müəssisə rəhbərliyi onu həbsxanaya əsas yaratmağa çalışır. Dediklərimiz də təsdiqini tapdı”, – Yalçın İmanov bildirib.

Vəkilin sözlərinə görə, 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini ona deyib ki, Mövsüm Səmədov təhlükə yaradır, dini təbliğat aparır. İlahiyyatçı isə heç bir qanunsuz iş görmədiyini, dini təbliğat aparmadığını söyləyib.

Buna da bax:​ Mövsüm Səmədov namaza görə 'kars'a salınıb

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Buna da bax:​ Mövsüm Səmədov oruc tutduğuna görə cəzalandırılıb?

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG