Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 08:53

İosif Stalinin nəvəsi Aleksandr Burdonski vəfat edib


Aleksander Burdonsky

Rejisor , Rusiyanın xalq artisti və İosif Stalinin nəvəsi Aleksandr Burdonsky ağır xəstəlikdən sonra mayın 23-ü axşam saatlarında xəstəxanada keçinib.

Bu barədə RİA Novosti-yə teatrdan bildiriblər.

“Aleksandr Burdonsky 76 yaşında vəfat etdi. Onunla vida mərasimi teatrda keçiriləcək, dəfnin vaxtı isə bir qədər sonra bəlli olacaq” teatrın nümayəndəsi deyib.

Uzun müddət rejisorla birgə çalışan aktirisa Ludmila Cursina onun gedişinin teatr üçün böyük itki olduğunu deyir.

SSSR-i xalq artisti Elina Bastritskaya da Burdonsky-nin nadir talantlı və dəmir iradəli bir insan olduğunu deyir.

Aleksandr Burdonsky Rusiya ordusu Mərkəzi akademik teatrının quruluşçu rejisoru idi.

O, aviasiya general-leytenantı Vasili Stalinin böyük oğlu idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG