Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 10:49

Şimali Koreya yeni raket sınağı keçirdi


Foto arxiv

Şimali Koreya növbəti raket sınaqları keçirib.

Bu barədə Reuters agentliyi Cənubi Koreya hərbçilərinə istinadla xəbər verir.

Hələlik raketlərin növü müəyyən edilməyib.

Cənubi Koreya qərargah rəisləri birləşmiş komitəsinin məlumatına görə, raketlər mayın 21-i Pukçan şəhərinin yağınlığından buraxılıb.

Hələlik əlavə məlumat verilmir.

Şimali Koreya bundan əvvəllki sınağın uğurlu olduğunu bildirmişdi.

Onda “Hawsong-12” raketi sınaqdan keçirilmiş və raket 787 kilometr məsafə qət etmişdi.

Qeyd edək ki, Şimali Koreyanın son vaxtlar nüvə və raket sınaqlarını intensivləşdirməsi, regionda gərginliyi daha da artırıb.

ABŞ buna görə regiona hərbi gəmilər göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG