Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:19

Masallıda ilahiyyatçının məhkəməsi başlayır


İlahiyyatçı Sərdar Babayev

Sabah, mayın 19-u Masallı Rayon Məhkəməsində həbsdəki ilahiyyatçı Sərdar Babayevin məhkəməsi başlayacaq.

Bu haqda ilahiyyatçının vəkillərindən Nemət Kərimli məlumat verib.

İlahiyyatçıya ittihamların əsaslı olmadığını ifadə edən vəkil məhkəmə qarşısında S.Babayevin azadlığa buraxılması barədə vəsatət qaldıracaqlarını bildirib.

“Onu 3 ay öncə Masallı Cümə məscidində xütbə oxumasına görə, həbs ediblər. Onu həmin məscidə Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Seyid Mirziyad dəvət edib. Xütbəni də onun təklifi ilə oxuyub. Xütbədə qeyri-qanuni, yaxud siyasi xarakterli hər hansı bir söz deyilməyib”, deyən vəkil ölkə parlamentinin xaricdə təhsil alanların dini mərasim keçirməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməsini də yada salıb.

Buna da bax:​ Xaricdə dini təhsil alanlara məhdudiyyət götürüldü

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi isə bir müddət öncə, əksinə mətbuata bildirmişdi ki, Sərdar Babayevə xütbə oxuması ilə bağlı dəfələrlə xəbərdarlı edib. Ancaq o, bu xəbərdarlıqlara baxmayaraq xütbə oxumaqda davam edib.

Ötən il qanunvericiliyə edilən dəyişikliklə xaricdə dini təhsil alanların ölkə daxilində dini mərasim keçirməsinə yasaq qoyulub. Ancaq bu ay qanunvericilikdə bu məhdudiyyət aradan qaldırılıb. Artıq, Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla xaricdə dini təhsil almış şəxslər də ölkə daxilində mərasimlər apara biləcəklər.

Vəkil Nemət Kərimlinin fikrincə, qanunda edilən dəyişiklik Sərdar Babayevin azad olunmasından ötrü əsas ola bilər. Çünki Sərdar Babayev xaricidə dini təhsil aldığından ona xütbə söyləməsi qanuna zidd əməl kimi qarşılanmışdı.

Buna da bax: İlahiyyatçının müdafiə konfransı keçirilib

XATIRLATMA

Bu il fevralın 22-si Masallı Rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Buna da bax:​ 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.

S.Babayev həbs edilərkən rayonda bəzi dindar kəsimdən olan insanlar bunu etirazlarla qarşılayıblar. Nəticədə daha bir neçə şəxs saxlanaraq inzibati qaydada cərimələnib.

Yerli sakinlərin AzadlıqRadiosu-na bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG