Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 18:28

ABŞ Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər


Paul Ryan

ABŞ Konqresinin nümayəndələr palatası Suriya prezidenti Bashar Assadın müttəfiqlərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan yeni qanun layihəsi qəbul edib.

Əgər Senat da onu qəbul etsə, onda prezident sanksiyalar tətbiq etməli olacaq.

Bu barədə The Hill məlumat yayıb.

“Assadın bəşəriyyətə qarşı cinayəti cavabsız qalmamalıdır. Biz bu yeni sanksiyalarla Suriya rejimi və onun daha aktif tərəfdarlarına qarşı qaykanı sıxmaqda davam edəcəyik, o cümlədən də İran və Rusiya qarşı”, palatanın sədri Paul Ryan deyib.

Yeni sanksiyalar Suriya hakimiyyəti və müəssisələri ilə maliyyə əlaqəsi olan xaricilərə aiddir.

Əgər keçsə, onlara ABŞ vizası verilməyəcək və onların ABŞ ərazisindəki bütün mülkiyyətləri dondurulacaq.

Əgər Senat da qanun layihəsini qəbul eləsə, prezident Donald Trump Suriya rejimi ilə işləyən şəxsləri qara siyahıya salmalı olacaq.

Qeyd edək ki, Rusiya ilə İran Suriya münaqişəsində Suriya rejiminin, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG