Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:42

Baş prokurorluq baş redaktora xəbərdarlıq edib


Baş prokurorluq

Azərbaycan Baş Prokurorluğu "Anaxeber.az" internet portalına xəbərdarlıq edib.

Xəbəri Baş Prokurorluq yayıb.

Xəbərdə bildirilir ki, prokurorluq sözügedən xəbər portalında müxtəlif vaxtlarda dərc olunmuş məqalələrdə dövlət sirri haqqında qanunun, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarını pozduğunu müəyyən edib.

Buna da bax:​ Prokurorluğun siyahıya saldığı yazılar [siyahı] [video]

«“Anaxeber.az” internet portalında dövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, mühafizə edilən və yayılması Azərbaycanın təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilib».

Prokurorluq bildirir ki, bununla əlaqədar olaraq portalının baş redaktoru Azər Talıbov Baş Prokurorluğa dəvət edilib.

“"Prokurorluq haqqında" qanuna uyğun olaraq baş redaktorun diqqətinə dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan informasiyaların yayıldığı çatdırılıb. Ondan dövlət sirri təşkil edən məlumatların və ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq ictimailəşdirilməsinə son qoyulması tələb edilib”.

Buna da bax:​ Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Baş Prokurorluq bildirir ki, belə hallar davam etsə daha ciddi tədbirlər görüləcək.

"Anaxeber.az" internet portalının baş redaktoru Azər Talibov isə, hələlik, açıqlamaya münasibət bildirmək istəmədiyini söyləyib.

Baş Prokurorluq tez-tez media və jurnalistlərə belə xəbərdarlıqlar edir.

Bir çox ekspertlər bunu jurnalistin peşə fəaliyyətinə müdaxilə kimi dəyərləndirir. Ekspertlərin fikrincə, Baş Prokurorluq bəzi hallarda məhz ifadə azadlığını basqı altında saxlayır.

Buna da bax:​ CPJ: ‘Hökumət vebsaytların bloklanması cəhdini dayandırmalıdır’

Bir müddət öncə, Rabitə, Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyi bir sıra müstəqil saytları da məhz Baş Prokurorluğun müraciətindən sonra bloklamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG