Bu ilin dörd ayında Azərbaycan 16 min 762 ton pambıq lifi və iplik ixrac edib. Bu, ötən ilin eyni dövrünə aid göstəricidən 3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir.
Komitə bildirir ki, bu dövrdə ixracatçıların satışdan gəlirləri 5 dəfə artıb.
Buna da bax: Pambıq yığıldı, bəs sonra?
Yanvar-apreldə pambıq ixracından ümumilikdə 25 milyon dollar gəlir əldə edildiyi deyilir.
Bu göstəricidə pambıq lifinin payı 20,3 milyon dollar təşkil edib.
1 ton pambıq lifi 1380,2 minə (ötən il - 1099,9$), iplik isə 2344,9 minə (ötən il - $1868,4) satılıb.
Buna da bax: Ağdamdakı pambıq zavodunu ikinci dəfə özəlləşdirirlər
Ancaq gəlirlərin və pambığın qiymətinin artmasına baxmayaraq yerli şirkətlər fermerlərdən pambığı əvvəlki qiymətlə aldığı söylənir.
Bu il 1 ton pambıq 500 manata və ya 295 ABŞ dollarına alınacaq.