Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 03:02

Emmanuel Macron Fransa prezidenti kimi rəsmi fəaliyyətə başladı


Fransa Prezidenti Emmanuel Macron və keçmiş prezident Francois Hollande

Emmanuel Macron mayın 14-də Fransa prezidenti kimi rəsmi fəaliyyətə başladı.

Mayın 14-də Parisdə yeni prezidentin andiçmə mərasimi keçirilib.

Beləliklə Macron Napalyonun dövründən bu yana Fransanın tarixində ən gənc prezident oldu.

Onu Yelisey sarayının qarşısında keçmiş prezident Francois Hollande qarşılayıb, sonra isə Paris Merinin qəbuluna yollanıblar.

Buna görə Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Macron sabah yeni baş nazirin adını açıqlamalı və Almaniyaya ilk rəsmi səfərinə yollanmalıdır. O, Berlində, Almaniya kansleri Angela Merkellə görüşəcək. Merkel yeni Fransa hökuməti ilə sıx əməkdaşlıq edəcəyini vəd edib.

Mayın sonunda isə Macron NATO-nun Brüssel sammitinə yollanmalı və sammit çərçivəsində ABŞ prezidenti Donald Trumpla görüşməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG