Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:51

IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalın sahibi bəlli olub.

Bu gün, mayın 13-üTürkiyəli Ömər Akgün kişilər arasında keçirilən 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının finalında qələbə qazanıb. Bununla da o, IV İslam Həmrəyliyi Oyunlarının ilk qızıl medalın sahibi olub.

2016-cı il Dünya Kubokunda ikinci yer tutan Ömər Akgün 249.8 xal toplayaraq,final oyununu qələbə ilə başa vurub.

Oyunun yekununda Ömər Akgünə qızıl, 245.5 xal toplayan banqladeşli Rabbi Həsən Munnaya gümüş, 224.1 xal toplayan özbəkistanlı Sədxan Sayfuddinova isə bürünc medal təqdim olunub.

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmisi və bir o qədər də texniki nümayəndə gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG