Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:33

İranın ali dini lideri Ali Khamenei 19 may prezident seçkisini pozmağa yönəlik hər hansı cəhdlərlə bağlı xəbərdarlıq edib.

O, mayın 10-da deyib ki, İranın milli təhlükəsizliyini pozanlara «böyük şapalaq» dəyəcək.

Ali dini liderin sözlərinə görə, iranlılar seçkidə hüquq və islam parametrlərinə əməl edərlərsə, onda seçki «İslam respublikası üçün şərəf mənbəyi» olar.

«Qanunu pozarlarsa, mənəviyyatsız davranarlarsa, düşmənləri həvəsləndirəcək dildə danışarlarsa, seçkilər bir itkiyə çevriləcək», – İranda dövlət işlərində son söz sahibi olan Khamenei deyib.

Hazırkı prezident Hassan Rouhani ikinci dəfə prezidentliyə iddialıdır. Onun iki əsas mühafizəkar rəqibindən biri sərt xətt tərəfdarı olan Ebrahim Raisi-dir. Khamenei-nin də onu dəstəklədiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG