Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:33

Gürcüstanda şaxtaçıların ölümü etirazlar doğurub


Kömür şaxtası

Gürcüstanda etirazçılar hökumətdən iş yerlərində təhlükəsizliyin gücləndirilməsini tələb edirlər. Bu günlərdə bir kömür şaxtasında dörd şaxtaçı həlak olub.

Mayın 10-da Tbilisidə yüzlərlə nümayişçi hadisənin hərtərəfli araşdırılmasını tələb edib. Onlar hökuməti iş yerlərində ölüm hallarının önlənməsi məqsədilə əmək müfəttişliyi agentliyi yaratmamaqda suçlayıblar.

Mayın 9-da Tkibuli şəhərindəki Mindeli şaxtasında lift sınıb, şaxtaçılar 400 metr hündürlükdən yıxılaraq həlak olublar. Onların meyitləri mayın 10-da aşkarlanıb.

Ombudsman Ucha Nanuashvili şaxtaçıların ölümünü «qətl» adlandırıb. O, hökuməti, parlamenti, konstitusiya komissiyasını əmək müfəttişliyinin yaradılmasını əngəlləməkdə ittiham edib.

Prezident Giorgi Margvelashvili şaxtaçıların yaxınlarına başsağlığı verib, onların ölümünün bədbəxt hadisə olmadığını, mövcud əmək şəraiti və qanunların ölkədə əmək təhlükəsizliyini təmin edə bilmədiyini söyləyib.

G.Margvelashvili və baş nazir Giorgi Kvirikashvili-nin münasibətləri son vaxtlar xeyli pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG