Türkiyənin hərbi təyyarələri mayın 8-də PKK yaraqlılarının İraqın şimalındakı mövqelərini bombalayıblar.
Nəticədə yaraqlılara məxsus 4 mağara, 3 sığınacaq və 3 hərbi düşərgə məhv edilib.
Bu barədə Reuters agentliyi mayın 9-da Türkiyə ordusuna istinadla xəbər verir.
Türkiyə ordusu əməliyyatın videogörüntüsünü də yayıb.
Türkiyə hərbçilərinin məlumatına görə PKK yaraqlıları Türkiyənin hərbi məntəqələrinə hücuma hazırlaşırmışlar.
PKK təxminın 2 il bundan əvvəl birtərəfli qaydada atəşkəs razılaşmasından çıxdıqdan sonra, tez-tez Türkiyə ərazisində terror hücumları törədirlər.
Öz növbəsində Türkiyə ordusu ölkə ərzisi və İraqın şimalında kürd yaraqlılarının mövqelərinə zərbələr endirirlər.