Bakı Nəqliyyat Agentliyi ilə paytaxt polisi IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində (mayın 12-si, mayın 22-si) nəqliyyatın hərəkət qaydalarını açıqlayıb.
Mayın 8-də Bakı Nəqliyyat Agentliyində keçirilən mətbuat konfransında bildirilib ki, açılış və bağlanış tədbirləri Bakı Olimpiya Stadionunda keçiriləcək.
Buna da bax: Yol qadağaları başlayır
Mayın 12-si və 22-də gündüz “Excelsior” otelindən Sabunçu qəsəbəsinə kimi Heydər Əliyev prospektində hərəkət tam dayandırılacaq. Həmçinin “Neftçilər” prospektində - “Azneft” meydanından Yusif Səfərov küçəsinə kimi nəqliyyatın hərəkətinə ara veriləcək.
Tamaşaçılar stadiona yalnız metro və ekspress-avtobuslarla gedə biləcəklər.
Tamaşaçılardan ötrü stadiona gedən avtobuslar və metro pulsuz olacaq.
Buna da bax: İslam oyunları 50-dən çox ölkədə yayımlanacaq
Taksiləri də stadiona yaxınlaşmağa qoymayacaqlar. Həmçinin, şəxsi avtomobillərin stadionun yaxınlığında dayanmasına icazə verilməyəcək.
Həmin günlər, Heydər Əliyev və “Neftçilər” prospektlərinin bağlanması ilə əlaqədar saat 17:00-dan 1, 13 saylı avtobuslar öz fəaliyyətini dayandıracaq.