Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:50

Bu gün, mayın 5-dən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı yollarında xüsusi zolaqlarda hərəkət qadağası qüvvəyə minir.

Həmin qadağalara görə, sarı zolaqdan keçməyə icazə verilmir.

Qadağan olunmuş zolaqdan yalnız yarış iştirakçıları, təcili yardım və hüquq-mühafizə orqanları istifadə edə biləcəklər. Qadağanı pozan sürücü 40 manat cərimə ediləcək. Bu qayda mayın 25-nə kimi qüvvədə olacaq.

Eyni zamanda, həmin tarixə kimi rayonlardan gələn nəqliyyat vasitələrinin şəhərə daxil olmasına da məhdudiyyət tətbiq ediləcək.

Bu il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə təşkil edilən yarışlara dünyanın 50-dən çox ölkəsindən 3 minə qədər idmançının qatılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG