Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 07:06

Qızlar məktəbinin yanında partlayış olub


Yaralı. Foto arxiv

Pakistan polisi bildirir ki, ölkənin şimal-qərbində qızlar məktəbinin yaxınlığında bomba partladılıb. Mayın 8-də səhər tezdən baş verən insidentdə iki polis zabiti yaralanıb.

Dərslər hələ başlamadığından şagirdlərdən xəsarət alan olmayıb.

Bomba polis maşını yaxınlıqdan keçərkən partlayıb. Hadisə yerindən daha bir partlayıcı tapılaraq zərərsizləşdirilib.

Yerli mediada məktəbin zədələnmiş darvazasının fotoları yayılıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Qızların təhsilinə qarşı çıxan «Taliban» yaraqlıları indiyədək Pakistanın şimal-qərbində və Əfqanıstanla sərhəd bölgələrdə yüzlərlə məktəbi partladıb.

2014-cü ilin dekabrında «Taliban»ın hərbi məktəbə hücumu zamanı, çoxu uşaq olmaqla, 150-dən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG