Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Roma Papası Francis ABŞ-ın qeyri-nüvə bombasının “bombaların anası” adlandırılmasını tənqid edib.

AzadlıqRadiosunun mayn 7-də yaydığı məlumata görə, papa deyib ki, analıq ölümcül silahla müqaisə edilməməlidir.

Papa mayın 6-da Vatikanda tələbələr qarşısında çıxış edərkən deyib ki, bunu eşidəndə “xəcalət çəkib”.

“Ana həyat verir, o isə ölüm və biz bu şeyi ana adlandırırıq. Nə baş verir ?”, papa deyib.

Qeyd edək ki, ABŞ-ın hərbi-hava qüvvələri ötən ay Əfqanıstanın şərqində “İslam dövləti” qrupunun mövqeinə belə bir bomba atıb.

Onun rəsmi adı GBU-43 bombasıdır, amma hərbçilər onu “bombaların anası” da adlandırırlar.

Papanın bu tənqidi onun mayın 24-də ABŞ prezidenti Donald Trumpla görüşü ərəfəsinə təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG