Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:13

1-ci və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir


İmtahan (arxiv fotosu)

Bu gün, mayın 7-də ölkənin ali təhsil müəssisələrinə 1-ci və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir. İmtahanlar saat 11:00 radələrində başlayır.

Xəbəri Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.

İmtahanlar 11 şəhərdə keçiriləcək. İmtahanların idarəçiliyinə 206 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2226 nəzarətçi-müəllim cəlb olunub.

Buna da bax:​ DİM ikinci qəbul imtahanı ilə bağlı açıqlama yayıb

Qəbul imtahanında 30239 abituriyentin iştirakı nəzərdə tutulur. 25612 abituriyent 1-ci qrup üzrə, 4627 abituriyent isə 4-cü qrup üzrə imtahan verməlidir.

Bunlardan 27353 nəfəri Azərbaycan bölməsinin (1-ci qrup üzrə 23266, 4-cü qrup üzrə 4087 nəfər), 2886 nəfəri isə rus bölməsinin (1-ci qrup üzrə 2346, 4-cü qrup üzrə 540 nəfər) məzunudur.

İmtahanın gedişini işıqlandırmaq məqsədi ilə 55-dək KİV nümayəndəsinin DİM-də akkreditasiyadan keçdiyi bildirilir.

Buna da bax: Qəbulda azalmanın səbəbləri...

İmtahan 3 saat davam edəcək.

Nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG