Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:03

Estoniya mayın 5-də bildirib ki, Rusiyanın xarici işlər naziri Sergei Lavrov-u Finlandiyaya aparan sərnişin təyyarəsi onun sərhədini qısa müddətə pozub.

Mayın 3-də baş verdiyi bildirilən insident NATO üzvü olan Estoniyanın hava məkanının bu il pozulmasıyla bağlı ilk iddiadır. Ötən il Estoniya yeddi belə bir insidentlə bağlı açıqlama yaymışdı.

Buna da bax:​ Lavrov-dan ABŞ-a Şimali Koreya çağırışı

Rusiyanın Xarici İşlər Nazirliyi isə hər hansı müdaxilənin olmadığını, Lavrov-un təyyarəsinin öncədən razılaşdırılmış marşrut üzrə uçduğunu, üstəlik, həmin xətdən çıxmaqla bağlı heç bir xəbərdarlıq alınmadığını bildirib.

Estoniya ordusu isə təyyarənin uçuş planı təqdim etmədiyini, heç bir radio əlaqə yaratmadığını vurğulayıb.

Buna da bax: ‘Lavrovun Suxumidə dəniz gəzintisi ‘həyasızlığın son həddidir’’

Estoniya Xarici İşlər Nazirliyi insident barədə Tallindəki Rusiya Səfirliyinə nota göndərib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG