Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:13

'Terrorizmlə müharibədə hər hansı din hədəf olmamalıdır'


Elmar Məmmədyarov

“Biz Azərbaycanda bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm veririk. Ölkəmizdə multikulturalizm və dözümlülük cəmiyyətimizi gücləndirən, birləşdirən uzunmüddətli ənənədir”.

Bu sözləri mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, Azərbaycanda mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq və digər dini məbədlər heç bir mane olmadan fəaliyyət göstərir.

Buna da bax:​ Avropa Şurasının elçisi: 'İfadə azadlığı önəmlidir'

Nazir Azərbaycanın keçmişdə terrorun dəhşətləri ilə qarşılaşdığını deyib.

“Terrorizm vandalizm və barbarlıq aktıdır. Stabillik və insan hüquqlarının ifadəsinə birbaşa təhlükə yaradır. Azərbaycan terrorizm və zorakı ekstremizmin bütün formalarını qınayır. Terrora qarşı qlobal mübarizədə müxtəlif beynəlxalq tərəfdaşlarla fəal şəkildə əməkdaşlıq edir”, deyən nazir vurğulayıb ki, terrorizmlə müharibədə hər hansı bir din və ya mədəniyyət hədəf kimi istifadə olunmamalıdır.

Bu gün, mayın 5-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilib. Açılışda prezident İlham Əliyev də çıxış edib.

Buna da bax: Prezident: 'Azərbaycan islamofobiya ilə mübarizənin önündədir'

Forum “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilir. Tədbirin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-dur.

Forum çərçivəsində 40-dək sessiya və tədbir təşkil ediləcək.

Forumda iştirak etməkdən ötrü 120 ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG