Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:40

Avropa Şurasının elçisi: 'İfadə azadlığı önəmlidir'


Avropa Şurası

Bu gün, mayın 5-i IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində Avropa Şurası baş katibinin müavini Gabriella Battaini-Dragoni də çıxış edib.

APA-nın xəbərinə görə, o bildirib ki, Avropa Şurasından ötrü demokratik təhlükəsizlik mühüm bir məfhumdur: «Avropa ölkələri bir neçə amilə xüsusi diqqət yetirir. Müstəqil məhkəmələrin mövcudluğu vacibdir. İkincisi, ifadə azadlığı önəmlidir. Üçüncüsü, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Eyni zamanda, inklüziv cəmiyyət önəmlidir. Birgəyaşayış günümüzdə böyük bir problemə çevrilib. Xof və ədavət mühiti də buna şərait yaradır. Münaqişələrdən qaçan insanlar da cəmiyyətlərdə parçalanmaya səbəb olur. Biz parçalanmış cəmiyyətləri necə bir araya gətirə bilərik? Reallıq odur ki, heç bir sürətli çözüm yolu yoxdur».

Qonaq deyib ki, Avropa Şurasına üzv dövlətlər ayrıseçkiliyə qarşı qanunlar qəbul etməli və qanunlar düzgün icra olunmalıdır: «Dövlət sosial hüquqların müdafiəsini də təmin etməlidir. Qəzəb və ksenofobiya getdikcə daha geniş təzahür edir. Bir çox ailələr keyfiyyətli təhsil, səhiyyə imkanlarından, layiqli yaşayışdan məhrum olurlar. Sosial hüquqlar ailədən, ailə üzvlərindən başlayır. Yaxşı idarə olunan mədəni müxtəliflik vacibdir».

Bu gün, mayın 5-i Bakıda «Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar» mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda 2011-ci ildən etibarən iki ildən bir keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG