Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 07:06

BMT rəhbəri Suriya razılaşmasından ürəklənib


Antonio Guterres

BMT-nin baş katibi Antonio Guterres Türkiyə, Rusiya və İranın Suriyada təhlükəsizlik zonaları yaradılması üzrə əldə etdiyi razılaşmanı alqışlayıb. Amma onu da deyib ki, nəticələri görmək də çox vacibdir.

Guterres-in sözçüsü Stephane Dujarric mayın 4-də yaydığı bəyanatda bildirib ki, «bu razılaşmanın suriyalıların həyatını, doğrudan da, yaxşılaşdıracağını görmək əhəmiyyətlidir».

İyunun 4-dək yaradılacaq təhlükəsizlik zonaları daxilində atəşkəs rejimi olacaq, zonalar üzərindən uçuşlar yasaqlanacaq, həmin ərazilərə humanitar yardım sürətlə paylanacaq və qaçqınlar oraya yerləşdiriləcək. Razılaşma Astanada keçirilən sülh danışıqları çərçivəsində əldə edilib.

Dujarric deyib ki, «bu öhdəliklər suriyalıların sığınacaq almaq hüquqlarına təsir göstərməməlidir». Belə bir narahatlıq var ki, təhlükəsizlik zonalarının yaradılmasının bir məqsədi qaçqın axınını önləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG