Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 07:20

Rusiya ilə Türkiyə qarşılıqlı ticarət məhdudiyyətlərini aradan qaldırırlar


Vladimir Putin və Recep Tayyip Erdogan

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Racep Tayyip Erdogan qarşılıqlı ticarət məhdudiyyətlərini aradan qaldırmaq və Suriya münaqişəsinin həllində əməkdaşlıq etmək qərarına gəliblər.

Razılaşma mayın 3-də prezidentlərin Soçi görüşündə əldə olunub.

Vladimir Putin görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, bu məhdudiyyətlər iqtisadiyyatı dağıdır və istehsalçılara ziyan vurur.

Buna görə də tərəflər bu problemləri kompleks şəkildə həll etmək razılığına gəliblər.

“İndi biz tam əminliklə deyə bilərik ki, Rusiya-Türkiyə münasibətlərinin bərpası prosesi başa çatdı və biz tərəfdaşlar arasında normal qarşılıqlı fəaliyyətə dönürük”.

Həmçinin Türkiyə prezidenti Racep Tayyip Erdogan digər problemli məsələlərdə razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, Türkiyə 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq eləmişdi.

Öz növbəsində Türkiyə buna cavab olaraq Rusiyadan gətirilən buğda,qarğıdalı və günəbaxan yağına yüksək gömrük rüsumu tətbiq eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG