Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Gümrüdəki Rusiya bazasının 100-ə yaxın əməkdaşı tətil elan edib


Foto arxiv

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının 100-ə yaxın əməkdaşı mayın 3-dən əməkhaqlarının verilməsi tələbi ilə tətil elan ediblər.

Onlar son 3 aydır ki, əməkhaqqı almadıqlarını deyirlər.

Aksiyaçılar komandanlıqla görüş tələb ediblər.

Bu barədə mayın 3-də AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

İşçilərin Rusiyadan maliyyələşdirilməsinə baxmayaraq onlara Ermənistan valyutası ilə maaş verilir.

Aksiyaçılarda olan məlumata görə, onlara xidmət göstərən Rusiya şirkəti müflis olub.

Əməkdaşlardan birinin sözlərinə görə son 2 aydır ki, onlarla müqavilə bağlanmayıb və ola bilsin ki, heç pul verilməyəcək.

Bazanın komandiri Vladimir Elkanov bir qədər sonra aksiyaçıların qarşısına çıxıb, ammagörüşün çəkilməsinə icazə verməyib.

O, aksiyaçıları dilədikdən sonra vəziyyətdən xəbərsiz olduğunu deyib və məsələnin borclu olan Rusiya şirkəti ilə araşdırılacağını vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG